Skip to main content

Şirvan Aqro

TƏBİƏTİN DOSTU

ŞİRVAN AQRO

Haqqımızda

Azərbaycan Respublikasında yaradılan əlverişli biznes və investisiya mühitindən faydalanaraq kənd təsərrüfatının mühüm istiqamətlərindən biri olan heyvandarlıq sahəsinin inkişafına investisiya qoymaq məqsədilə “ŞİRVAN AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti 22 iyun 2017-ci il tarixində təsis edilməklə dövlət qeydiyyatına alınmışdır.

Şamaxı rayonu, Bakı-Şamaxı yolunun 114-cü kilometrliyin yaxınlığında yerləşən “ŞİRVAN AQRO” MMC-yə məxsus torpaq ərazisində 3000 baş xarici cins iribuynuzlu mal-qaranın (danaların) kökəldilməsi və 2800 baş damazlıq inək üçün fermanın fəaliyyəti nəzərdə tutulmuşdur.

“ŞİRVAN AQRO” MMC gələcəkdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq fəaliyyət göstərəcəyi sahələrdə beynəlxalq təcrübədən istifadə edərək nailiyyətlərini daha da artırmaq əzmindədir. 

“ŞİRVAN AQRO” MMC

Zamanın tələblərinə uyğun olaraq istifadə olunan ətçilik təsərrüfatı, süd təsərrüfatı və ət kəsimi məntəqəsi tamamilə yeni və innovativ texnologiyalardan istifadə edir!

MİSSİYAMIZ

Şirkətimiz ölkəmizin inkişaf edən kənd təsərrüfatı sahəsinin ehtiyaclarına cavab verməyi və müasir, məsuliyyətli fermer təcrübələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün fəaliyyətimizi yüksək standartlara uyğun qururuq.

Əsas prioritetlərimiz:

  • Ölkəmizin aqrar potensialını inkişaf etdirmək;
  • Ət və süd istehsalı və emalında məhsuldarlığı artırmaq;
  • Keyfiyyətli damazlıq heyvanların idxalı, yetişdirilməsi və tədarükü;
  • Heyvandarlıq sahəsində elmi təminatı və ixtisaslı kadr potensialını gücələndirmək;
  • Yerli və dünya bazarlarına yüksək keyfiyyətli, etibarlı məhsullar təqdim etmək.

Məhsulun keyfiyyətini davamlı yaxşılaşdırmaq üçün müasir avadanlıqlara, səmərəli xammal emalına, resursa qənafət edən texnologiyalara və istehsal proseslerinin avtomatlaşdırılmasına investisiya qoyuruq.

Bu, məhsullarımızın sabit yüksək keyfiyyətini və təhlükəsizliyini təmin edir, həmçinin konservantsız, uzun ömürlü təbii süd və ət məhsulları istehsal etməyə imkan verir.

Yeni şirkət olaraq məhsullarımızın təkcə ölkəmizdə deyil, xaricdə də tanınması üçün çalışırıq və ixrac istiqamətini fəal şəkildə inkişaf etdiririk.

BİZİ İZLƏYİN

Yeniliklər və Bloqlar