Skip to main content

Şirvan Aqro

Buzovluq

Buzovluq
“Şirvan Aqro” MMC

BUZOVLARIN YETİŞDİRİLMƏSİ

Şirvan Aqro MMC olaraq sağlam və məhsuldar heyvandarlığın təməlinin ilk günlərdən qoyulduğuna inanırıq. Müasir standartlara cavab verən fəaliyyətimiz çərçivəsində buzovlarımızın qidalanması, sağlamlığı və yaş qruplarına görə qruplaşdırılması xüsusi nəzarət altında həyata keçirilir.

İxtisaslaşmış ferma
0
0–2 aylıq bölmə tutumu (baş)
0
Hal-hazırda böyüyən buzov (baş)
0

İnfrastruktur və yaş qrupları

Buzovların cinsi: Holşteyn

Təsərrüfatımızda fərqli inkişaf mərhələlərində olan buzovlar üçün ümumilikdə 7 ixtisaslaşmış ferma fəaliyyət göstərir:

0–2 aylıq bölmə

İlk doğumu 14 may 2025-ci il tarixində qeydə alınan bu bölmənin ümumi tutumu 700 baş buzovdur. Ferma hər biri 350 baş olmaqla, erkək və dişi heyvanların ayrıca bəslənilməsi üçün iki hissəyə ayrılmışdır. Hazırda bu bölmədə 732 baş buzov (533 dişi və 199 erkək) böyüməkdədir.

Qidalanma və sağlamlıq

Gələcəkdə sağlam bir sürü əldə etmək məqsədilə buzovların rasionunda zəruri vitamin və mineral əlavələrlə zənginləşdirilmiş xüsusi süd əvəzedicilərindən istifadə olunur. Qidalanma prosesi tam avtomatlaşdırılmış şəkildə, motorlu süd “taksisi” vasitəsilə sürətli və gigiyenik qaydada idarə edilir.