Texnika

Texnika

CAT

Amerika markası olan “Caterpillar Inc.” tikinti və dağ-mədən avadanlığı, texnika və traktorlar, dizel və qaz mühərrikləri, sənaye qaz turbinləri və dizel-elektrovozlar üzrə dünyanın aparıcı istehsalçısıdır.

BobCAT

“Bobcat” kənd təsərrüfatı maşınları, yük maşınları, kompakt ekskavatorlar, kompakt traktorlar və digər kiçik hidravlik avadanlıqlar istehsal edir. 

Səmərəli və effektiv işləməyə kömək edən bu kompakt texnikaların performansına, möhkəmliyinə, rahatlığına və çoxyönlülüyünə etibar edilir.

Manitou Telehandler

“Manitou Telehandler” tikintidən tutmuş əkinçilik və ya abadlıq işlərinə qədər geniş spektrli proqramlar nəzərə alınmaqla hazırlanmışdır.

Onun ultra yığcam ölçüləri və kobud ərazidə iş  qabiliyyətləri bu maşını bütün növ ərazilərdə, dar yerlərdə işləməsinə imkan verir.

JCB

“JCB” tərəfindən istehsal edilən bir çox nəqliyyat vasitələri ekskavator yükləyicisinin variantlarıdır. 

O cümlədən “JCB”-nin tırtıllı və ya təkərli olmaqla mini və böyük versiyaları, forkliftlər və materialların tikinti sahəsinin yuxarı mərtəbələrinə daşınması üçün teleskopik yükləyiciləri də geniş istifadə olunur.

Isuzu

Yaponiya istehsalı olan “Isuzu” avtomobili fermada əsasən su daşınması üçün nəzərdə tutulmuşdur. Ümumi tutumu 10 t-dur.

John Deere Traktor

“JOHN DEERE” sənaye və meşə işlərində çalışan güclü motorlu iş makinaları təklif edən, sənaye və heyvandarlıq sektorunda lider olan 180 illik bir Amerika markasıdır. 

“JOHN DEERE” motorları turboların müxtəlif konfiqurasiyaları və inkişaf etmiş elektronik sistemlər sayəsində ən yüksək güc səviyyələrinə çatan kompakt motorlardır.

Isuzu Su maşını

Yaponiya istehsalı olan “Isuzu Forward” şassisi üzrə quraşdırılmış xüsusi təyinatlı su maşını fermanın ərazisində suyun daşınması və paylandırılması üçün nəzərdə tutulmuşdur. Vakuum nasos sistemi ilə təchiz olunmuş çən mayenin sürətli doldurulmasına və boşaldılmasına imkan verir. Maşın heyvandarlıq komplekslərinin su təchizatı, sahələrin suvarılması və təmizlik işlərində istifadə olunur.

Volvo FM-8

İsveç istehsalı olan “Volvo FM-8” yem paylayan avtomobili fermada heyvanlara yemin paylanması üçün istifadə olunur. Tutumu 10 tondur.

Isuzu NP26

Yaponiya istehsalı olan “Isuzu NP26” avtobusu işçilərin fermaya daşınması üçün nəzərdə tutulmuşdur. Sərnişin tutumu 24 nəfərdir.

Massey Ferguson 7724S

“Massey Ferguson 7724S” yem üyütmə traktoru heyvandarlıq təsərrüfatında yemin hazırlanması üçün istifadə olunur. Mühərrik gücü 220 a.g. (164,1 kVt/saat) təşkil edir.