- hdr@shirvanagro.az
- +994 (12) 565 00 50
“AFIWEIGH” avtomatik tərəzi sistemi heyvanların çəkisinin müntəzəm və dəqiq şəkildə ölçülməsi və izlənilməsi üçün istifadə olunur.
İnəklərin bədən çəkisinin avtomatik ölçülməsi və qeydiyyatı;
Bədən çəkisində əhəmiyyətli dəyişikliklərin vaxtında müəyyən edilməsi;
İnəyin çəki artımının və ya çəki itkisinin izlənilməsi;
Çəki göstəricilərinin heyvanların sağlamlıq və yemləmə vəziyyətinin qiymətləndirilməsində istifadəsi.
Ferma proseslərinin idarə edilməsini təmin edən inteqrasiya olunmuş avtomatlaşdırma sistemi;
İnəklərin yemləmə və hərəkət proseslərini düzgün və təhlükəsiz şəkildə həyata keçirməsinə imkan verən xüsusi konstruksiyalı barmaqlıqlar və arakəsmələr;
Heyvanların hərəkətinin və qruplaşdırılmasının səmərəli idarə olunmasını təmin edən funksional həllər.
Silo bunkerləri heyvandarlıq təsərrüfatlarında əsasən qarğıdalı silosu və digər şirəli yemlərin saxlanılması üçün nəzərdə tutulmuş xüsusi konstruksiyalardır. Bunkerlər yem kütləsinin sıx şəkildə yerləşdirilməsinə, fermentasiya prosesinin düzgün aparılmasına və uzunmüddətli saxlanılmasına imkan verir. Silo kütləsi bunkerlərə doldurulduqdan sonra sıxlaşdırılır və hava ilə təması minimuma endiriləcək şəkildə örtülərək hermetik şəkildə bağlanır. Bu proses nəticəsində təbii süd turşusu fermentasiyası baş verir və yüksək qidalılıq dəyərinə malik keyfiyyətli silos əldə olunur. Silo bunkerləri yemlərin keyfiyyətinin qorunması, itkilərin minimuma endirilməsi və heyvandarlıq təsərrüfatının ilboyu yem təminatının təşkilində mühüm rol oynayır.
Ventilyasiya sistemi heyvandarlıq kompleksində qapalı məkanlarda hava mübadiləsinin təmin edilməsi, artıq istiliyin, rütubətin, tozun və zərərli qazların xaric edilməsi, həmçinin təmiz havanın daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Sistem heyvanların və işçi heyətin komfortlu və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsinə, həmçinin fermada optimal mikroiqlimin qorunmasına xidmət edir. Bundan əlavə, ventilyasiya sisteminin müvafiq elementləri daxil olan havanın təmizlənməsini və zəruri hallarda qızdırılmasını təmin edə bilər.
Yem mikserləri heyvandarlıq təsərrüfatlarında müxtəlif yem komponentlərinin parçalanması, dozalanması və homogen şəkildə qarışdırılması üçün istifadə olunan xüsusi avadanlıqlardır.
Yem mikserləri saman, yonca və ot bağlamalarının parçalanmasını, həmçinin qarğıdalı silosu, əzilmiş çuğundur, pulpa, kəpək və digər yem komponentlərinin vahid və homogen yem qarışığı şəklində hazırlanmasını təmin edir. Hazırlanmış yem qarışığı heyvanların qidalanmasında istifadə olunur.
İribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş polietilen su çənləri heyvanların fasiləsiz və rahat şəkildə içməli su ilə təmin olunması üçün istifadə edilir.
Çənlər möhkəm, yüksək keyfiyyətli mavi polietilendən hazırlanır, korroziyaya davamlıdır və sərbəst tövlələrdə uzunmüddətli istismar zamanı yaranan mexaniki və digər təsirlərə davam gətirir.