- hdr@shirvanagro.az
- +994 (12) 565 00 50
Ət kəsimi məntəqəsinin ümumi ərazisi 8 ha təşkil edir. Məntəqənin tikinti işləri 2021-ci ildə başlamışdır və 2023-cü ildə yekunlaşması planlaşdırılır.
Ət kəsimi məntəqəsinin ümumi ərazisi 8 ha təşkil edir. Məntəqənin tikinti işləri 2021-ci ildə başlamışdır və 2023-cü ildə yekunlaşması planlaşdırılır.
Baş. Başdan 5-20 kq ət əldə edilir. Baş ətindən müxtəlif yeməklərdə istifadə olunur. Baş əti maşında çəkilərək xırdalanır və qiymədən küftə hazırlanır. Baş əti qaynadılır və isti və ya soyuq halda yeyilir. Bundan əlavə, qaynadılmış baş ətindən öz qaynar suyu ilə şorba hazırlanır.
Boyun (gərdan). Sümüklü və lifli ətdir. Ümumiyyətlə, bu ətdən müxtəlif növ qiymə və xörəklər, məsələn, sote, qaynadılmış ət, daş kabab, küftə hazırlanır.
Antrikot (pirzola). Onurğanın hər iki tərəfindəki bölgədən alınır. Bu manqalların ən çox axtarılan ətidir. Yaxşı bişirildikdə çox ləzzətli olur.
Kontrfile (bel). Qızartmaq üçün keyfiyyətli ətdir. “T-bone” kimi tanınan ləzzətli bir ət parçası da bu hissədə tapılır. Çuqun qabda qızartmaq daha məqsədəuyğundur.
Bonfile (can əti). Yumşaq bifşteks ətlərindən biri də bonfiledir. Nə qədər bişirsən də, yumşaqlığını itirməyəcək. İzqara və ya tavada bişirilməsi məsləhətdir.
Qol. Dananın kürəyinin başlanğıcından ön bilək sümüyünün birləşməsinə qədər uzanan nahiyədən alınan sümüklü ətdir.
Döş. Həm yağlı, həm də yumşaq ət axtaranlar döş ətindən istifadə etməlidirlər. Sümüksüzdür. Qiymə, burger küftəsi, izqara küftəsi və kolbasa hazırlanması üçün istifadə oluna bilər.
Pençata (qarın). Bu dananın qarın boşluğudur. Döşlə müqayisədə yağlılığı daha azdır. Pençatanın qiymə və küftəsi çox dadlı olur.
Yumurta (budun iç tərəfi). Dananın bu hissəsi yumurtaya bənzədiyi üçün bu adla tanınır. Ağ və yuvarlaq bir parçadır. Souslu ət reseptlərinə üstünlük vermək olar.
Bud (tranç, nuar, kontnuar). Bu dana budunun bir hissəsidir. Tünd-qırmızı rəngi var. Yağsız ət yemək istəyənlər bud hissəsindən ət ala bilərlər.
Büzdüm (sokum). Bu ət hissəsi jelli bir quruluşa malikdir. Sinirlər təmizləndikdə qiymə üçün üstünlük verilə bilər. Qaynadılmış ət yeməkləri üçün tövsiyə olunur.
Ayaq. Dananın ayaqları qış aylarının sevimli yeməklərindən olan xaş və ya kəllə-paça üçün istifadə olunur.
Dəri. Dana dərisi yumşaqlığı, incə teksturası və davamlılığı ilə seçilir. Ənənəvi cildləmə ilə yanaşı, yüksək səviyyəli geyim, ayaqqabı, portmanat və oxşar məhsulların hazırlanmasında geniş istifadə olunur.