Haqqında
29 oktyabr 2018-ci ildə təsis edilən “SKY İNVESTMENT HOLDİNG” MMC 2019-cu ilin may ayından etibarən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə qoyur. Şirkətin məqsədi Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyini optimallaşdırmağa çalışır və bu istiqamətdə səylərini əsirgəmir.
Bakı şəhərində yerləşən “SKY İNVESTMENT HOLDİNG ” iki əsas biznes sahəsi üzrə fəaliyyət göstərir:
- Kənd təsərrüfatı;
- Restoran və mehmanxana.
Holdinqə daxil olan şirkətlər
ŞİRVAN AQRO
Azərbaycan Respublikasında yaradılan əlverişli biznes və investisiya mühitindən faydalanaraq kənd təsərrüfatının mühüm istiqamətlərindən biri olan heyvandarlıq sahəsinin inkişafına investisiya qoymaq məqsədilə “ŞİRVAN AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti 22 iyun 2017-ci il tarixində təsis edilməklə dövlət qeydiyyatına alınmışdır.
Olive Gardens
“Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyəti regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodudur.
700 ha sahədə İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər yüksək keyfiyyətli sortlardan ibarət zeytun bağları salınmışdır.
Meysari
Azərbaycanın ən yeni şərab zavodlarından biri olan “Şirvan şərabları” (“Meysəri” olaraq da tanınır) ölkədə Avropa Birliyinin sertifikatını almış ilk orqanik şərab istehsalçısıdır. Zavodun üzüm bağlarının ilk 40 hektarı 2014-cü ildə salınıb və buradan 2015-ci ildə məhsul yığılıb. Bu gün həmin ərazi 160 hektar sahəni əhatə edir və yeni emal bölməsində Pera-Pellenc tərəfindən hazırlanmış yüksək keyfiyyətli fransız avadanlıqlarından istifadə olunur.
