Skip to main content

Şirvan Aqro

Texnologiya

Texnologiya

İnək Tərəzi Sistemi “AFIWEIGH”

  • İnəklər üçün avtomatik yem paylanmasının hesablanması

  • Bədən çəkisində əhəmiyyətli dəyişikliklərin müəyyən edilməsi

  • İnəyin çəki artımının və ya çəki itkisinin ölçülməsi

Texnoloji qapılar və arakəsmələr

  • İnteqrasiya edilmiş avtomatlaşdırma

  • İnəklərin düzgün yemək və hərəkət etməsinə imkan verən xüsusi barlar

Silos

Silos müəyyən məhsulların saxlanılması üçün yeraltı və ya yerüstü, çox vaxt şaquli, bəzən isə xəndək formasında salınmış anbardır. 

Siloslara heyvandarlıq üçün faydalı yem bitkiləri və məhsulları (əsasən qarğıdalı, günəbaxan, yonca, zəhərli olmayan alaq otları, tərəvəz qalıqarı, eləcə də yeyinti sənayesinin faydalı maddələrlə zəngin olan  tullantıları və s.) sıx şəkildə doldurulur və ağzı qapadılır. 

Bir müddətdən sonra bitki kütləsində təbii fermentləşmə sayəsində “yetişmə” baş verir və şirəli, qidalılığı yüksək olan yem əldə edilir. Belə yem ilə bəslənən heyvanlar daha dözümlü və məhsuldar olurlar.

Ventilyasiya sistemi

Ventilyasiya sistemi qapalı obyektlərdə zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. 

Əlavə olaraq havalandırma sistemləri daxil olan havanın təmizlənməsini və isidilməsini təmin edir.

Yem mikserləri

Yem mikserləri saman, yonca və ot bağlamalarını parçalamaq üçün istifadə olunan avadanlıqlardır. 

Bundan əlavə, qarğıdalı silosu, əzilmiş çuğundur, pulpa, kəpək və yem kimi materialların homojen şəkildə qarışdırılmasını da təmin edir.

Su qızdırıcı sistemlər

İribuynuzlu mal-qara üçün poliplastik su çənidir. 

Möhkəm mavi polietilen plastikdən hazırlanır, korroziyaya davamlıdır və sərbəst tövlələrdə ümumi təsirlərə dözə bilir.